ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova AZAL-təyyarəsinin qəzaya uğraması ilə bağlı maraqlı məqamlara toxunub.
ONN media xəbər verir ki, o, İnstaqram səhifəsində təyyarədən sağ çıxanlardan biri ilə etdiyi telefon danışığını paylaşıb.
Paylaşımda qəza ərəfəsində təyyarədə baş verənlərə, uçuşa icazə verilməməsi məsələlərinə, pilot və bələdçilərin davranışlarının səbəblərinə aydınlıq gətirilib:
“Bakı-Qroznı reysini həyata keçirən təyyarə Aktau limanı ətrafında qəza edəndən sonra sosial mediada bir çox video və səs yazıları yayılıb. İlk olaraq, bildirmək istəyirəm ki, çöldən edilən müdaxilədən sonra təyyarədən SOS siqnalı verilir və bu siqnal yaxınlıqdakı aeroportlara çatdırılır. Hadisə Rusiya ərazisində baş verdiyi üçün siqnal da Rusiya ərazisindəki aeroportlara göndərilir. Maraqlıdır ki, bu siqnal qəbul edilsə də, təyyarənin enişi baş tutmayıb. Bu sualın cavabı hələlik bilinmir və yaxın günlərdə aydınlaşacaq.
İkinci bir məsələ – bələdçinin sərnişinlərə “qabağa gəlin” deyildiyi eşidilir və bu, insanlarda çaşqınlıq yaradıb. Bəziləri düşünür ki, təlimat düzgün verilməyib. Nəzərə alın ki, təyyarə havada bir saat yarım qalıb və bu müddətdə müxtəlif vəziyyətlər yaranıb. Pilotun tapşırığı ilə bələdçinin səsləndirdiyi bu ifadə, böyük ehtimalla, həmin anda həyata keçirməyi planlaşdırdığı konkret plana bağlı olub. Belə başa düşülür ki, pilot onu qəbul edəcək aeraport üçün hazırlaşırmış. Çünki məcburi eniş zamanı ən önəmli addımlardan biri, sərnişinlərin qabaq qapıya gəlmələridir. Təcili eniş zamanı təyyarənin təkərləri açılmaya bilər və ya sürtünmədən partlayış baş verə bilər. Buna görə pilotun tapşırığı ilə bələdçi sərnişinləri qapıya doğru yönləndirib”.
O, təyyarənin havada çox dövrə etməsi məsələsinə toxunaraq, pilotun bu addımla benzini bitirməyi hədəfləmiş ola biləcəyini qeyd edib:
“Vaxtilə AZAL-da stüardessa işləmiş xanım söylədi ki, pilot və bələdçilər ekstremal vəziyyətlər üçün yüksək təlimlidirlər. O qeyd etdi ki, pilotlar ölümə doğru getdiklərini anladıqda bunu ilk olaraq bələdçiyə bildirirlər. Hökumə xanım, bu dəhşətli anı bilə-bilə sərnişinlərə sakit qalmağı və hər şeyin yaxşı olacağını deyir. Bu, insanlığın, peşəkarlığın və mənəvi gücün ən böyük nümunəsidir. Belə hadisələr zamanı bilmədiyimiz çox məqamlar olur. Ona görə də heç kimi mühakimə etməməli, daha çox həqiqəti anlamağa çalışmalıyıq”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Son məlumata görə, qəzada 38 nəfər ölüb, o cümlədən hər iki pilot həlak olub, 29 nəfər sağ qalıb.



Moskvadan İrəvana uçan təyyarədə insident: 8 yaralı
Qəzanən dəhşətli səbəbi: Qroznı AZAL təyyarəsini qəbul etməyib!
Hərbi təyyarə qəzaya uğradı - Ölənlər var
SON DƏQİQƏ: döyüş təyyarəsi qəzaya uğradı - İki pilot...
İranda güclü partlayış baş verib- SƏBƏBİ İSƏ BİLİNMİR
Daha bir təyyarə Bakıya təcili qəza enişi edib
Bakıdan Qroznıya uçan təyyarə istiqamətini niyə dəyişib? - ŞOK TƏFƏRRÜATLAR
Moskvada təyyarə qəzasının baş vermə səbəbi bilindi
Qəzaya düşən təyyarəmizdə neçə Azərbaycan vətəndaşı olub?
Təyyarədə dəhşət - 10 min metr yüksəklikdə pilot pəncərəsi partladı
Təyyarə qəzaya uğradı - 33 sərnişin...
Türkiyədən bir neçə müsbət siqnal almışıq - Paşinyan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 