Hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub.
ONN media xəbər verir ki, bu barədə APA-ya Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
"Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir", - Agentlik rəsmisi vurğulayıb.
Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
Pərvanə İmanova xatırladıb ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-nə məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".



Gəmilərimizin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama
Rəsmi Bakı girov götürülən gəmi ilə bağlı nota verdi
Xəzərdə gəmilərin hərəkəti üçün təhlükə varmı? - Rəsmi açıqlama
Xəzərdə gəmilərin fəaliyyəti bərpa edildi
Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb
Azərbaycan gəmiləri girov götürülüb?
Dövlət Dəniz Agentliyi küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək- XƏBƏRDARLIQ
Rusiyada bank işçiləri girov götürüldü
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Bakıda güclü külək: kapitanlar təlimatlandırıldı
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 