"İlk olaraq qeyd etmək istəyirəm ki, "BakuBus" olaraq sərnişinlərimizə rahat, təhlükəsiz və müasir xidmətlər təqdim etməyə çalışırıq. Bu çərçivədə hava limanı ekspres xətlərimizdə internet xidmətini (Wi-Fi) istifadəyə verdik. Artıq sərnişinlərimiz bu xidmətdən istifadə edə bilərlər".
"BakuBus"ın rəsmisi əlavə edib ki, bu yeniliyi məhz hava limanı xəttimizdə tətbiq etməyimizin əsas səbəbi, ölkəmizə gələn qonaqların və ya vətəndaşlarımızın rahatlığını təmin etməkdir:
"Bildiyiniz kimi, bir çox insan ölkəyə daxil olduqdan dərhal sonra rominq xidmətinə qoşula bilmir və internetə çıxış əldə etməkdə çətinlik çəkir. Bizim məqsədimiz məhz bu çətinliyi aradan qaldırmaq və sərnişinlərimizə hava limanından şəhərə qədər rahat bir səyahət təmin etməkdir.
Eyni zamanda qeyd edim ki, bu xidmət hava limanı xəttində bir pilot layihə olaraq başladıldı. Növbəti mərhələdə 2025 ci il ərzində BakuBus-un şəhərlərarası xətlərində də Wi-Fi xidmətini istifadəyə verməyi planlaşdırırıq. Şəhərdaxili xətlərdə isə bu xidmətin tətbiqi üzərində müzakirələr davam edir.
Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır və buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaqdır.
Son olaraq onu deyim ki, sərnişinlərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir. Bu istiqamətdə innovativ addımlar atmağa davam edəcəyik".



Bu nömrəli avtobusla bağlı YENİLİK
Daha bir marşrut xətti "Bakubus" oldu - ELAN
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bakıda yeni hava limanı tikilir
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Bu hava limanı bağlanır- SƏBƏB NƏDİR?
Bakının yollarında sürət həddi endirildi
Qalmaqala səbəb olan bu sürücü ilə bağlı qərar verildi
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
Bu avtobusdan istifadə edənlərin nəzərinə
Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər...
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 