Böyük qayıdış başlayır, bütün işlərə start verildi. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya səfəri zamanı deyib. Dövlət başçısı bildirib: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!"
Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər...



Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir - Prezidentdən MÜJDƏ
AZAL Füzuli Aeroportunun istifadəyə veriləcəyi tarixi AÇIQLADI
Füzuli hava limanının tikintisi davam edir və...
Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
Ərdoğan Füzuli aeroportunun açılışında çıxış edəcək
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ
Bu hava limanı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir - Deputat
Prezident Zəngilan Hava Limanının təməlini qoydu
İlham Əliyev müjdəli xəbəri ELAN ETDI
Prezident Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu
Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur - İlham Əliyev
Zəngilanda hava limanı tikiləcək - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 