Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
ONN media xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.
Bildirilib ki, Rəyasət Heyəti AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
"İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər", - deyə AMEA-dan verilən açıqlamada bildirilib.
Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci il tarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.
Qafqazşünaslıq İnstitutunun sonuncu rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşovadır. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslıq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.



AMEA-da prezident seçkiləri keçiriləcək
AMEA-da iki vacib təyinat
Dadaş Hüseynova yüksək vəzifə verildi
Azərbaycanda daha bir institut ləğv olundu
AMEA-da YENİ TƏYİNATLAR
AMEA-da yeni kadrlar təyin edilib
Bu institutlara yeni təyinatlar olub
AMEA-da bəzi kadr təyinatları oldu
AMEA institutunun iki əməkdaşı vəfat edib
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 