Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında vəzifə dəyişiklikləri aparılıb.
ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.
Bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Qərara əsasən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. O, 2023-cü ildən direktor vəzifəsini müvəqqəti olaraq icra edirdi.
Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Ədəbiyyat İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Dilçilik İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova Folklor İnstitutuna, tarix elmləri doktoru Eynulla Mədətli Fəlsəfə və Sosiologiya İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü Şərqşünaslıq İnstitutuna, siyasi elmlər doktoru Ramilə Dadaşova Qafqazşünaslıq İnstitutuna, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov isə Respublika Seysmoloji Xidmət Mərkəzinə elmi işlər üzrə direktor müavinləri vəzifəsinə təsdiq ediliblər.
Onlar indiyədək təmsil olunduqları institutlarda icraçı direktor vəzifəsində çalışıblar.
Qeyd edək ki, bir neçə gün öncə AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib. Akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.
Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi



AMEA-da YENİ TƏYİNATLAR
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib
AMEA-da bəzi kadr təyinatları oldu
Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb
Ramiz Mehdiyev 4 strukturu LƏĞV ETDİ
Möhsün Nağısoylu və daha iki direktor işdən çıxarıldı
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
Sənəd qəbulu başa çatdı
Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 