Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı Ali Məhkəmənin qərarı məlum olub.
ONN media xəbər verir ki, Ali Məhkəmə işin yenidən apellyasiya instansiyasında araşdırılması ilə bağlı qərar qəbul edib.
Abel Məhərrəmovu məhkəməyə verən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun vəkili Anar Qasımlı "Qaynarinfo"ya xəbəri təsdiqləyib. Vəkil bildirib ki, birinci və apellyasiya instansiyaları işə ədalətli yanaşmamışdı. Bu baxımdan Ali Məhkəmənin qərarı təqdirəlayiqdir:
"Kassasiya şikayətində apellyasiya instansiyasının qərarının ləğv edilərək, Nazim Əmirovun xeyrinə qərar qəbul edilməsi istənilirdi. Lakin Ali Məhkəmə şikayəti qismən təmin edərək, işi təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxardı. Bu halda belə qərarı müəyyən mənada ədalətli hesab etmək mümkündür. Ümid edirəm ki, apellyasiya instansiyasında təkrar baxış zamanı da ədalətli qərar çıxarılacaq".
İşin detallarına gəlincə, iddiaya görə, Abel Məhərrəmov Altıağac qəsəbəsində Naizm Əmirova məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirib. Keçmiş rektor həmin ərazidə özünə dəbdəbəli villa tikib.
Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib



Abel Məhərrəmov məhkəməyə verildi
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
"Azadlıq", Meydan TV, "Turan"a qadağa ləğv edildi - ŞOK QƏRAR
Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib
Abel Məhərrəmovun restoranının administratoru HƏBS EDİLDİ
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
İlham Əliyev Abel Məhərrəmovun oğlunu İŞDƏN ÇIXARDI
Misir və Sübhanın həbsi ilə bağlı daha bir xəbər
Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ
SON DƏQİQƏ: Abel Məhərrəmov köhnə işinə qayıtdı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 