Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Azər Akif oğlu Bağırov barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.
ONN media xəbər verir ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.
İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.



Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa edildi - DTX
Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi - DTX
Xarici ölkəyə casusluq edən ər-arvad HƏBS EDİLDİ - DTX
Dövlətə xəyanət edən şəxs tutuldu
DTX İranın casusluq şəbəkəsini ifşa etdi
DTX-nin tutduğu rəis həbsdən buraxıldı
Namiq Zeynalov məhkəməyə gətirildi
DTX məlumat yaydı
DTX-dən SON DƏQİQƏ AÇIQLAMASI: “Cundu Şam”ın üzvü həbs edildi - VİDEO
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Eldar Həsənov məhkəməyə gətirildi
DTX-dan daha bir əməliyyat - Terror-təxribat təlimləri almış şəxs ƏLƏ KEÇDİ
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 