Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov məhkəməyə gətirilib. ONN media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı N. Zeynalov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına Səbail rayon Məhkəməsində hakim Azər Tağyevin sədrliyi ilə baxılır. Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Namiq Zeynalov məhkəməyə gətirildi

