Zaqatalada 3 il əvvəl itkin düşən hindistanlı turist Manikant Kondavetinin qalıqlarını aşkar edən həmin rayonun sakini hadisənin təfərrüatını danışıb.
"Birdən qarşıma "vyetnamka" çıxdı. Düşündüm ki, "vyetnamka" bura haradan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var..."
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı maraqlı mənzərəni belə danışıb:
"Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vyetnamka" çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var".
Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:
"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vyetnamkalar" və kəməri idi".
Turistin qalıqlarını tapan Ruslan daha maraqlı bir faktı açıqlayıb:
"Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi".
Ruslan Əliyev deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:
"Həmin dərə çox çətin relyefdə yerləşir. Dərə bir dalandır. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik".
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil veriblər.



Əcnəbi turist Zaqatala dağlarında itkin düşüb
Zaqatalada itən turistlə bağlı yeni faktlar
Zaqatalada turist itib- TAPANA 25 MİN VERİLƏCƏK
Balakəndə dəhşətli olay- Evi ildırım vurdu
Rusiyada 11 turist yoxa çıxdı
İtkin düşən Hindistanlı turistlə bağlı YENİ MƏLUMAT
Şəki sakini itkin düşdü
İlham Əliyev Ruslan Auşevi qəbul edib
Laçında azan hərbiçimizin anası danışdı
Ağsuda DƏHŞƏT - Biri özünü körpüdən atdı, digəri isə...
Adamları yağışa görə qurban verdilər
Azərbaycanda 30 yaşlı gəlin yoxa çıxdı
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 