Bu gün 14 fevral - Sevgililər günüdür.
Eramızın 3-cü əsrində Roma imperatoru II Kladius ordusunu gücləndirmək və onu fəal saxlamaq üçün əsgərlərinə evlənməyi qadağan edib. Bu dövrdə bir çox əsgərlər sevdiyi qadınları evdə qoyub müharibələrə qatılmalı olub.
O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.
Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.
14 fevralın "Valentin günü"adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.
İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrilib. Bununla pararel olaraq "Müqəddəs Valentin" də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlanıb.
Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk "Sevgililər Günü" kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəlib.



Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür
Sevgililər Günündə evlənənlərin sayı nə qədərdir?
13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür
Sevgililər Gününü unudan və ya unutmaq istəyənlərə BƏD XƏBƏR - Boşana bilərsiniz
13 noyab Beynəlxalq Gözdən Əlillər Günüdür.
Toy və yas mərasimləri qadağan olundu - ŞOK SƏBƏB
13 noyab Beynəlxalq Gözdən Əlillər Günüdür
“Müsəlmanlar Sevgililər Gününü qeyd edə bilərlər” – Ərəb ilahiyyatçı
Trampla Putinin görüşəcəkləri tarix məlum oldu
İB rəhbəri koronadan öldü
Deputat koronavirusdan öldü
Generalın rəis qardaşı niyə intihar edib?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 