"Bu dəyişikliyin əsas məqsədlərindən biri Bələdiyyə torpaqlarının satışı zamanı müşahidə olunan xaotikliyin, qiymət disbalansının aradan qaldırılması və şəffaflığın təmin edilməsi, subyektiv yanaşmaların təsirlərinin aradan qaldırılması və bələdiyyə mülkiyyətində olan torpaqların satışından əldə edilən gəlirlərin uçotunun şəffaflaşdırılması məqsədi daşıyır".
Onun sözlərinə görə, bu günə qədər qeyd edilən istiqamətdə kifayət qədər fərqli mövqelər var idi və bu torpaqların satışından asılı olaraq bir sıra hallarda fərqli qiymətlər tətbiq olunurdu:
"Subyektiv meyarlar burada əsas rol oynayırdı, amma artıq bundan sonra bələdiyyə torpaqlarının satışı yalnız qiymətləndiricilər tərəfindən müəyyən edilən və bazar qiymətlərinə uyğun qiymətlərlə həyata keçiriləcək.
Düşünürəm ki, bu, qiymətlərdə müəyyən qədər də olsa dəyişikliyə gətirib çıxara bilər. Çünki faktiki olaraq bu və ya digər şəkildə bələdiyyə torpaqlarının daha aşağı qiymətə alınması halları var idi. Amma bu hallar müəyyən mənada aradan qalxacaq və eyni zamanda qiymətləndiricilərin xərcləri də məsələyə daxil olur. Alınan və satılan torpağın miqyasından asılı olaraq qiymətləndiricilərə ödənilən vəsait torpağın bir kvadratına düşən həcmin fərqli olmasına gətirib çıxarır. Yəni daha kiçik torpaqların qiymətləndirilməsi zamanı bu məqsədlə ayrılan ödəniş bir kvadrat üçün daha yüksək olacaqdır. Yəni bu, onu deməyə əsas verir ki, kiçik parsellərlə satılan torpaqlarda qiymətlər daha yüksək templə artım nümayiş etdirə bilər. Amma böyük parsellərlə satılan torpaqlara qiymətləndirici ödənişlərə ciddi təsir göstərməyə bilər, həmçinin bu mənbədən daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxaracaqdır.
Çünki dediyimiz kimi, subyektiv amillərin aradn götürülməsi və bazar prinsiplərinin əsas götürülməsi müvafiq daxilolmaların həcminə pozitiv istiqamətli təsir göstərəcəkdir. Amma bununla yanaşı, düşünmürəm ki, yeni müvafiq mexanizm bazarda qiymətlərin yüksəlməsi istiqamətində ciddi təsir göstərsin. Sadəcə, müəyyən mənada bu istiqamətdə subyektiv maraqları təmin etmək məqsədilə ortaya qoyulan cəhdlər aradan qalxa bilər".



Yunus Oğuza ağır itki üz verib
Unun son topdansatış qiymətləri AÇIQLANDI
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artacaq
Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
1 mart Zümrüd Axundovanın doğulduğu gündür
28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
Aprelin 8 günü ilə bağlı XƏBƏRDARLIQ - Addım atarkən diqqət edin
Özcan Deniz prokurorluqda dindirildi
Yunus Oğuzun “Çinqizxon və Jaloliddin” adlı kitabı Özbəkistanda işıq üzü görüb
Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var.... CAVİD İSMAYIL YAZIR
Bu cinayətdə məsuliyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyi daşıyır
İnfarkt keçirən Özcan Denizdən İLK AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 