Şəriətə əsasən fitrənin miqdarı ən çox istifadə olunan ərzaq məhsullarına uyğun müəyyən edilir. Bu, əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarıdır. Bundan daha dəyərli ərzaqlar – düyü, xurma və kişmiş də fitrə hesablanarkən nəzərə alına bilər. Lakin fitrəni ərzaq şəklində yoxsula vermək bəzi hallarda praktiki çətinliklər yaradır.
Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, hər il olduğu kimi, bu il də fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur:
"Bu il də fitrə məbləği adambaşına 10-15 manat arasında müəyyən olunmalıdır. Hər bir ailə üzvü üçün uyğun məbləğ hesablanaraq çıxarılmalıdır. Məsələn, beş nəfərlik bir ailə ən azı 50 manat fitrə pulu verməlidir. İmkanları məhdud olanlar daha aşağı məbləğdən hesablaya bilərlər – məsələn, buğda və undan hesablayaraq. Ancaq normal yaşayış səviyyəsinə malik insanlar düyü, kişmiş və xurma kimi daha dəyərli ərzaqlara əsasən fitrə çıxarmalıdırlar”.
QMİ rəsmisinin sözlərinə görə, fitrənin verilməsi də xüsusi qaydalara malikdir:
“O, ilk növbədə yoxsullara, ehtiyacı olanlara çatdırılmalıdır. Ən yaxşısı, əvvəlcə qohum-əqrəba arasında ehtiyacı olanlara verməkdir. Əgər qohumlar arasında belə biri yoxdursa, onda qonşular və ətrafdakılar arasında axtarılmalıdır”.
Hacı Fuad qeyd edib ki, fitrə bayram namazına qədər verilməlidir:
"Fitrə zəkatı bayram axşamı çıxarılır. Lakin onun bayram günü, bayram namazına qədər verilməsi daha doğrudur. Ramazanın fitrə fəlsəfəsi ondan ibarətdir ki, hamımız bayram sevincini paylaşırıq və bir-birimizə diqqət göstəririk. Fitrə çıxarmaq vacibdir. Oruc tutan və tutmayan hər bir kəs ailə üzvlərinin sayına uyğun məbləği hesablayıb fitrə verməlidir. İmkanı olmayanlar isə dua etsin və Allahdan bağışlanmaq diləsin. Allah duaları eşidəndir”



Fitrə zəkatı nə vaxt və nə qədər çıxarılmalıdır?
Fitrə nə vaxt və nə qədər verilməlidir? – QMİ
Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?
Fitrə zəkatını bank kartlarına köçürməklə çıxarmaq olar?
Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO
QMİ müraciət etdi: Fitrəni BU ŞƏKİLDƏ çıxarın
Fitrə zəkatı ərzaqla verilməlidir?
Bu il veriləcək fitrə zəkatının məbləği AÇIQLANDI
Fitrə necə, nə vaxt və nə qədər çıxarılır? - İlahiyyatçı
Ramazanda nə qədər zəkat verilməlidir? - QAYDASI VƏ MİQDARI
Fitrə nə vaxtadək verilməlidir?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 