Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.
1992-ci ildən bəri AZAL ölkəmizin qlobal aviasiyada təmsilçisi, regionumuzun dünyaya çıxışının təminatçısı olub. Möhtərəm cənab Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməlliyi hədəfləyib.
Son dövrlərdə həyata keçirdiyimiz islahatlar və inkişaf yönümlü addımlar sayəsində bir çox vacib nəticələr əldə olunub.
2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin "AerCap" və "CDB Aviation" şirkətləri ilə "Airbus" təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gəmilərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumilikdə sifariş həcminin artırılmasını planlaşdırır.
AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanı üzərindən keçən ümumi uçuşların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 83% artıb. Tranzit uçuşlarda isə sözügedən ilə nəzərən 2024-cü ildə yüz faiz artıma nail olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin sayı 2022-ci ilə nəzərən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb.
Bu mütərəqqi səyahətimizdə təyyarənin göyərtəsində, hava limanında, dispetçer qülləsində və ya ofis şəraitində çalışan əməkdaşlarımızın göstərdiyi peşəkarlıq və fədakarlığa görə hər birinə dərin təşəkkürümüzü bildiririk.
Səmada fərq yaratmağa davam!



AZAL yeni təyyarələr alır
AZAL-da yüksək vəzifəyə yeni təyinat olub
AZAL-ın təyyarəsi tufana görə GERİ QAYITDI
AZAL bilet satışını bu tarix üçün bərpa edib
Bakı-Moskva təyyarəsi yarı yoldan niyə geri qayıtdı?
AZAL-ın təyyarəsi Milan Hava Limanına təcili eniş etdi
AZAL-dan daha bir YENİLİK
İstanbula uçan təyyarə geri qayıtdı
AZAL bu istiqamətdə uçuşlara başladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 