Oktyabrın 14-də Bakı şəhərində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə, həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.
AZAL-ın mətbuat xidmətindən bildirilib ki, görüş çərçivəsində “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün yeni “Boeing 787 Dreamliner” təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı “Dreamliner” təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki “Boeing 787-8 Dreamliner” təyyarəsini istismar edir. Qeyd edək ki, AZAL postsovet məkanında “Boeing 787-8 Dreamliner” təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcək.
Görüş zamanı tərəflər AZAL və “Boeing” arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.



Azərbaycan da "Boeing 737 MAX-8"dən imtina etdi
AZAL-ın təyyarəsinə "Şuşa" adı verildi
AZAL-dan XƏBƏRDARLIQ
AZAL- ın təyyarəsi məcburi eniş edib
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama
Bakı-Moskva təyyarəsi yarı yoldan niyə geri qayıtdı?
Rusiyada Boeing təyyarəsi təcili eniş etdi
Qəbələ-Moskva aviareysi açıldı
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 