Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.
ONN media xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Qeyd edək ki, aprelin 19-da “Kavkasioni” elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tiflisdə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
“Azərenerji” dərhal Gürcüstanın Dövlət Elektrik Sistemi ilə paralel işi bərpa edib”, - T.Abdullayev qeyd edib.
Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa olunub.
Bu, artıq Gürcüstanda son bir ayda ikinci irimiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş verib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Gürcüstana 58 milyon 306,41 min ABŞ dolları (2,1 dəfə azalma) dəyərində 1 milyard 137 milyon 880,09 min kilovat/saat elektrik enerjisi tədarük edib. Hesabat dövründə Azərbaycandan ümumi enerji axınının həcmində Gürcüstan 64,9 % paya malik olub. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 15 milyon 593,61 min ABŞ dolları dəyərində 273 milyon 572,1 min kilovat/saat elektrik enerjisi tədarük edilib
Azərbaycan Gürcüstana təcili yardım göstərdi- NƏ BAŞ VERİR?



Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
Bakıda işıqlar niyə söndü? - "Azərenerji"dən AÇIQLAMA
Elektrik xəttində qəza baş verib
Eelektrik enerjisi kəsildi - QƏZA
Abşeron və Sumqayıtın bir hissəsinə elektrik enerjisi verilişi dayandırıldı
Azərbaycanda elektrik enerjisi istehsalı və istehlakı həcmi açıqlandı
“Azərenerji”: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik
Türkiyədə elektrik enerjisinin qiyməti 15% bahalaşdı
SON DƏQİQƏ: Ağdam qaranlığa qərq oldu
İşıqla bağlı son xəbər
İrəvanın işıqları söndü - BU GÜNDƏN
Xankəndi ilə bağlı daha bir məlumat yalan çıxdı
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür 