Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
ONN media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək avtobuslar bunlardır:
⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;
⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;
⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.
⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olacaq.
⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;
⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metro stansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.
⁃ 6 nömrəli marşrut "Azadlıq prospekti" metro stansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.
⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);
⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Xətai" metro stansiyası (Xocalı prospekti);
⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi "20-ci Sahə" dairəsi olacaq.
⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti - Xaqani küçəsi;
⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi - İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.
⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.
⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" Nəqliyyat Mübadilə Mərkəzi;
⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metro stansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.
⁃ 205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.
⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.
⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək



Bakıda 20-dən çox marşrutun hərəkət sxemi müvəqqəti dəyişəcək - SƏBƏB
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Sərnişinlərin nəzərinə: “Formula 1”ə görə bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
Avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bu avtobus xətlərindən istifadə edənlərin NƏZƏRİNƏ
Sabah bu yollar bağlı olacaq
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 