Bakıda keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək. ONN media bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır: • 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə; • 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə; • 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə - M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində; • 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç. – D.Əliyeva küç ilə; • 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə; • 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor); • 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə; • 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə; • 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək; • M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.
DİQQƏT! Bakıda 23 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir



Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Sərnişinlərin nəzərinə: “Formula 1”ə görə bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Sabah bu yollar bağlı olacaq
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir
DİQQƏT- Bu yollar bağlı olacaq
5 marşrut xəttinin hərəkət sxemi dəyişib
Bakıda bu marşrutların xəttinin hərəkət istiqaməti dəyişdirilir
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 