Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula1") yarışları ilə əlaqədar 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.
ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən:
1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küçəsi ilə təşkil ediləcək;
10 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Nizami küçəsi, Neftçilər prospekti - Y.Səfərov küç, ilə təşkil ediləcək;
5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;
88 nömrəli marşrutlar üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küçəsi (28 May m.st) olmaqla hərəkəti D.Əliyeva küçəsi, - R.Behbudov küçəsi ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küçəsi olmaqla Ş.Şamil küçəsi, Lermantov küçəsi, B.Sərdarov küçəsi ilə təşkil ediləcək;
53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;
61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küçəsi - Ş.Bədəlbəyli küçəsi – R.Behbudov küçəsi ilə təşkil ediləcək;
65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küçəsi, - Ə.Cavad küçəsi, - Azərbaycan prospekti ilə təşkil ediləcək;
205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küçəsi daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küçəsi, A.Şaiq küç, - Ş.Bədəlbəyli küçəsi - D.Əliyeva küçəsi, K.Səfərəliyeva küçəsi, Neftçilər prospekti ilə təşkil ediləcək.
6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət Azadlıq prospekti m.st. – Axundov bağı; 2-ci istiqamət Funikulyor – Ö.F.Nemanzadə küçəsi.



Bu avtobusların hərəkət sxemi dəyişdirildi
DİQQƏT! Bakıda 23 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Sabah bu yollar bağlı olacaq
DİQQƏT- Bu yollar bağlı olacaq
5 marşrut xəttinin hərəkət sxemi dəyişib
Bakıda bu marşrutların istiqamati dəyişdiriləcək
Bakıda bu marşrutların xəttinin hərəkət istiqaməti dəyişdirilir
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 