Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib.
ONN media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.
Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.
Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.
Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir



Hərbçilərə yeni mənzillər verilib
Bu hərbçilərə mənzillər verildi
ŞAD XƏBƏR: Bu hərbçilərə ev veriləcək
Nazirlikdən ev almaq istəyən hərbçilərə MÜRACİƏT
Bu hərbiçilərə ŞAD XƏBƏR
Daha 512 hərbçiyə mənzil veriləcək
2137 hərbi qulluqçu mənzil növbəsinə qəbul edildi
Həsənov Ali Baş Komandanın təbriklərini hərbçilərə çatdırdı
Prezident bu hərbçilərin maaşını artırdı - SƏRƏNCAM
Prezident şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış oldu (YENİLƏNDİ)
Zakir Həsənov Novruz bayramı münasibətilə hərbi hospitala getdi
Ordumuzda YENİLİK: Hərbçilərə bundan sonra...
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 