Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan ALMET ASC-nin inzibati binası söküləcək.
ONN media xəbər verir ki, buna səbəb ALMET ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır.
Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb.
Yığıncağın saat 11:30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda - “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda keçirilməsi qərara alınıb.
Ümumi yığıncağın gündəliyinə Bakı Şəhər İcra Hakimyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sükülməsinə aid məsələ daxil edilib.
Burada söhbət paytaxtın Xətai rayonu, Zavod küçəsindən gedir. ASC-yə məxsus bina və daşınmaz əmlak Zavod küçəsi 8-ci, ev 1 ünvanda yerləşir.
Qeyd edək ki, “ALMET” ASC inşaatda istifadə olunan qapı, pəncərə, pilləkən, darvaza, məhəccər və s. istehsalı ilə məşğuldur. 314 454 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Həsənov Suliddin Nəcəf oğludur.



Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Bakıda bu binalar söküləcək — ÜNVAN
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Bakıdakı məşhur bazar bağlanır?
Bakıda 1 nömrəli peşə məktəbinin yataqxanasında acınacaqlı vəziyyət yaranıb
Bakıda tikinti şirkətinə cinayət işi açıldı
Sabiq bank rəhbərinin bütün əmlakı müsadirə edildi - SİYAHI
Paytaxtda əhali ilə fəal görüşlər aylığına start verilir
Bakıda böyük söküntü: əhaliyə pul verilir
Bakı sakinlərinin nəzərinə: Bəzi binalar söküləcək
Bakıda 1 əsrlik bina sökülür
AQTA Bakı sakinlərinə MÜACİƏT ETDİ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 