Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir. Aylıq çərçivəsində paytaxt rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcəkdir. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaqdır. Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcəkdir. 2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək “Açiq qapı” tədbirləri barədə MƏLUMAT: Rayonun adı Görüşün tarixi və vaxtı Keçirilmə yeri Qeyd 1 Nərimanov rayonu 24.04.2019 16:00-20:00 Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22 2 Xəzər rayonu 26.04.2019 16:00-20:00 Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi 3 Xətai rayonu 29.04.2019 16:00-20:00 Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23 4 Sabunçu rayonu 01.05.2019 16:00-20:00 Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72 5 Binəqədi rayonu 03.05.2019 16:00-20:00 Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10 6 Yasamal rayonu 05.05.2019 11:00-15:00 Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8 7 Nizami rayonu 07.05.2019 16:00-20:00 Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28 8 Nəsimi rayonu 11.05.2019 15:00-19:00 Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112 9 Suraxanı rayonu 13.05.2019 16:00-20:00 Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3 10 Qaradağ rayonu 15.05.2019 16:00-20:00 Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23 11 Səbail rayonu 17.05.2019 16:00-20:00 Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16 12 Pirallahı rayonu 19.05.2019 11:00-15:00 Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25
Paytaxtda əhali ilə fəal görüşlər aylığına start verilir



Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib – İşçi qrupu yaradılıb
Bakı küçələrinin dezinfeksiyasına başlandı
Prezident sərəncam imzaladı
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
Bakının küçələri yenidən dezinfeksiya edildi - FOTOLAR
Bakı küçələri bu gün
Bakının küçələri yenidən dezinfeksiya edildi
Nəhayət Bakıda yeni layihə - FOTO
Bakının 548 küçəsi dezinfeksiya edildi
Bakıda sanitar günü keçirildi
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
Bakıda tıxaclara SON: Xüsusi QƏRARGAH yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 