İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
ONN medianbu barədə quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.
Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.
Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 - 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır



DTX-nın 22 avtomobili satışa çıxarılır - SİYAHI
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
3 nazirliyin avtomobilləri satışa çıxarılır - QİYMƏTLƏR
Bu qurumlar maşınlarını satışa çıxarır
Bakıda ucuz avtomobillər satışda: 4500 manata "Hyundai Sonata" - QİYMƏTLƏR
Azərbaycanda helikopterlər satışa çıxarıldı
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Ucuz maşınlar satışda! - QİYMƏTLƏR
Dövlət qurumları bu maşınları satır - Qiyməti...
Ev almaq istəyənlər MÜTLƏQ OXUYUN
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 