Bir neçə dövlət qurumu balansında olan avtomobilləri Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil edəcəyi hərraca təqdim edib. ONN media xəbər verir ki, komitə 10 sentyabr tarixində növbəti avtomobil hərracı keçirəcək. Hərraca bu dəfə ümumilikdə 20 avtomobil təqdim edilib. Auksiona avtomobil təqdim edən qurumlar Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, nazirliyə tabe olan Penitensiar Xidmət və Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi auksiona iki, Penitensiar Xidmət altı, Dövlət Gömrük Komitəsi səkkiz, Ədliyyə Nazirliyi üç, Əmlak Məsələləri Dövlət Komitəsi özü isə cəmi bir avtomobil təqdim edib. Hərraca ən yüksək qiymətə avtomobili Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona çıxardığı "Nissan Maksima" avtomobili üçün müəyyən edilən ilkin satış qiyməti 7200 manatdır. Hərraca təqdim edilən avtomobillərin əksəriyyətinin qiyməti 1000-1500 manat arasında dəyişir. Bundan başqa, hərracda 6300 manata 2007-ci ilin, 5400 manata isə 2004-cü ilin "Nissan Maksima" avtomobili də var.
Dövlət qurumları bu maşınları satır - Qiyməti...



Bu qurumlar maşınlarını satır
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
DİN maşınlarını hərraca çıxardı
Azərbaycanın 15 dövlət müəssisəsi hərraca çıxarılır - ELAN
Daha bir komitənin səlahiyyəti azaldıldı
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
Maşın həvəskarlarının NƏZƏRİNƏ: 5 minə "Mersedes", 3 minə...
Azərbaycanda 13 şirkət hərraca çıxarılacaq
“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
Bu nazirlik avtomobillərini satışa çıxardı
İş adamlarının - NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 