Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, avtobus sayının sərnişin tələbata uyğun nizamlanması və parkın yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib. “King Long” markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq.
Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb.
Qeyd edilib ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır



Bakıda bu avtobuslar yenilənir- Rəsmi
Bakıdan bu rayonlara gedənlərə ŞAD XƏBƏR
Bakıya "İsuzu" markalı yeni avtobuslar gətirildi
Bakıdan Gəncəyə gedənlərə şad xəbər!
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıya yeni avtobuslar gətirilir
Bakıda bu avtobuslar yolda qalır – Şikayət
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Məktəblər açılır - Avtobusların sayı artırılacaq?
Sərnişinlərin NƏZƏRİNƏ- Marşrut xətti ləğv edilir
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi 