Dərslərin başlanması ilə əlaqədar avtobusların sayı artırılıb.
ONN media xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib:"Marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb. Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib.
Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb.
Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək".
Həmçinin qeyd edilib ki, daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib:
"Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır".



Bakıda 12 marşrut xəttinə əlavə 20 avtobus cəlb edildi
Bakıda avtobuslar nə vaxt yenilənəcək?
Rayonlara sərnişindaşıma həyata keçirilir?
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
Bu marşrutların hərəkət xətti dəyişdirildi
Bu avtobusların hərəkət sxemi dəyişdirildi
Bakıda bu marşrutun hərəkət sxemi dəyişdirildi
Bakıda 17 marşrut xəttinin yolu dəyişdiriləcək - SİYAHI
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
BNA: Xəttə əlavə avtobuslar buraxılacaq
DİQQƏT! Bakıda 23 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
Sədərəyə gedən bu avtobuslar ləğv edilib?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 