Rusiya bizim qonşumuzdur. Onunla mehriban qonşuluq münasibətlərimiz var. Bütün qonşularımızla yaxşı münasibət qurmaq təkcə Azərbaycan üçün deyil, dünyanın hər bir ölkəsi üçün bir nömrəli prioritetdir. Eyni şey Ukraynaya da aiddir.
ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibəsində deyib.
“Özünüz çox yaxşı bilirsiniz ki, Sovet İttifaqı dövründə ruslarla və ukraynalılarla eyni dam altında yaşayırdıq. Bizi hər iki ölkə ilə uzunmüddətli münasibətlər bağlayır. Biz münasibətləri Sovet İttifaqının dağılmasından sonra da davam etdiririk. Bir çox azərbaycanlı həm Rusiyada, həm də Ukraynada yaşayır. Çoxlu qarışıq evliliklərimiz var. Beləliklə, bu gün orada baş verənlər həqiqətən böyük faciədir. Televiziyada və ya internetdə orada davam edən münaqişədən faciəli mənzərələrr görəndə sözün əsl mənasında azərbaycanlıların ürəkləri parçalanır.
Eyni zamanda, mən daha bir şeyi vurğulamalıyam – siyasətimizin əsas təməl daşı ərazi bütövlüyünün tamamilə toxunulmaz prinsipidir. Ölkəmiz keçmişdə bu prinsipin pozulmasından çox əziyyət çəkib. Ona görə də biz başqa ölkələrin ərazi bütövlüyünün qorunmasını birmənalı dəstəkləyirik. Ancaq eyni zamanda, rusiyalılarla ukraynalılar arasında hərbi qarşıdurmaya hər hansı şəkildə müdaxilə etməkdən uzağıq.
Bu münaqişədə hər hansı bir hərbi komponentin tədarükündən təhlükəsiz məsafə saxlayırıq. Biz ancaq Ukraynada ilk növbədə, ən çox əziyyət çəkən uşaqlara humanitar yardım göstəririk. Həmçinin elektrik generatorları kimi bəzi zəruri avadanlıqlarla da təmin edirik. Heç bir şəkildə hərbi yardımda iştirak etmirik, bu cür hərəkətlərin heç birinin bir hissəsi deyilik. Həm də ona görə ki, biz bloklara qoşulmayan ölkələrə aidik”.



Hikmət Hacıyev İran səfiri ilə MÜZAKİRƏ APARDI
Həftə ərzində 400-500 vətəndaş ölkəyə gətiriləcək - Hikmət Hacıyev
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
Hikmət Hacıyev Bağdad Amreyevlə görüşdü
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyevdən karantinin sərtləşdirilməsi SİQNALI
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 