“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteni QSC-də infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
ONN media xəbər verir ki, Bakı Metropoliteni ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.
Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.
Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi Yüksel Proje MMC ilə imzalanıb.
Qeyd edək ki, dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir



Metrodan istifadə edənlərin nəzərinə
Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək - RƏSMİ
10 ildir tikilən metro stansiyası nə vaxt təhvil veriləcək?
"28 May" stansiyası bağlanmır - Rəsmi
"28 May" stansiyası bu tarixdə bağlanır
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Bu ərazidə yaşayanların NƏZƏRİNƏ
Bakı Metrosunda İLK - İkimərtəbəli stansiya tikilir
Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
Metroyla gedənlərə ŞAD XƏBƏR - Avropadan vaqonlar alınacaq
Həzi Aslanova artıq metro işləməyəcək?- AÇIQLAMA
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi 