Bakı metrosunun şərti adı “Y 14″ olan stansiyasının layihə sənədləri artıq hazırdır, maliyyə və digər məsələlər həll edilsə, onun tikintisinə başlayacağıq.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov deyib.
O həmçinin deyib ki, “Y 15” stansiyasının artıq çalası qazılıb, “Y 16” stansiyasının isə 50% hissəsində tikinti işləri yekunlaşıb.
“Bakı Metropoliteninin gələcək inkişaf sxemində Qırmızı xəttin daha da böyüməsi, Mavi xəttin tikilməsi və digər işlər nəzərdə tutulur. Biz addım-addım bu planla gedirik. Bənövşəyi xəttin artıq 4-cü stansiyasında tikinti davam edir. Yaşıl xəttin davamı olaraq “Xətai” metrostansiyası ilə “Həzi Aslanov” metrostansiyası arasında şərti adı “Y 14”, “Y 15”, “Y 16” olan stansiyaların tikintisi hazırda getmir. Amma biz “Y 15” stansiyasının böyük bir hissəsini tikmişik. Gələn il müəyyən şərtlər daxilində onun tikintisini davam etdirə bilərik.
Eyni zamanda bizim “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər Yaşıl xətdə də üç stansiyamız nəzərdə tutulub. Onların layihəsini hazırlamışıq. Start veriləndə işlərə başlaya bilərik. Bu stansiyaları tikmək üçün Bakı Metropoliteninin kifayət qədər texniki və zehni potensialı var”, – deyə Baş mühəndis qeyd edib.
“B 4” stansiyasında da hazırda qazıntı işləri aparılır. “8 Noyabr” stansiyasından ora qədər tunellər qazılıb. Hazırda tunellərin içində quraşdırma işləri gedir. Gələn ilin sonuna, ən gec halda 2024-cü ilin əvvəlinə “B 4″ stansiyasının tikintisini başa çatdıra bilərik”, – deyə Ə.Osmanov əlavə edib.



ŞAD XƏBƏR: Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək
10 ildir tikilən metro stansiyası nə vaxt təhvil veriləcək?
Metronun yeni stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlandı - ÜNVANLAR
"Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
Bakıda yeni metro stansiyası nəvaxt istifadəyə veriləcək?
"8 Noyabr" metro stansiyasından YENİ XƏBƏR - FOTO
Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək
Bu ərazidə yeni metro stansiyası açılacaq
Bakı Metrosunda İLK - İkimərtəbəli stansiya tikilir
Bakı metrosunda sıxlıq nəvaxt aradan qalxacaq?- RƏSMİ AÇIQLAMA
Bakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT MƏLUM OLDU
Bakı metrosunda hərəkət qrafiki DƏYİŞİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 