Bakı Metropoliteni QSC-nin “Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdiriləcək.
QSC-dən verilən məlumata görə, stansiyada qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar noyabrın 30-dan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) “28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
“Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.
“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. “Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
“Əhmədli-Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi “metro.gov.az” internet saytının “Sərnişinlər” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək.
Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” mənzili və Bənövşəyi xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.



Bakı metrosunda hərəkət qrafiki DƏYİŞİR
Metroda qatarların hərəkətində problem yarandı
Bu tarixdən metroda qrafik dəyişir
Bakı metrosunda iş rejimi dəyişdiriləcək - RƏSMİ
Bakı metrosu Bayram qrafikinə keçir
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Bakı Metropoliteni yay qrafikinə keçir
Metroda qatarların intervalı 2 dəqiqəyə endirildi
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Səhər saatlarında Bakı metrosunda HƏYƏCANLI ANLAR
Bu istiqamətdə qatarların hərəkət qrafiki dəyişdi
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Leyen bu tarixdə Azərbaycana gəlir
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Venesuelada ölənlərin sayı 235-ə çatdı
Neft bahalaşdı
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi 