Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir.
ONN media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet, velosiped və skuter sürücülərinə müraciətində bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:
- Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.
- Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
- İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.
- Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.
Unutmayın, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə – siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz



Bu şəxslərin DİQQƏTİNƏ- NƏZARƏTDƏSİNİZ
DYP skuter sürənlərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
Moped sürücülərinin NƏZƏRİNƏ
BDYPİ sürücülərə müraciət etdi
Sürücülərin DİQQƏTİNƏ
Azərbaycan vətəndaşlarına VACİB MÜRACİƏT
DYP bu şəxslərə xəbərdarlıq etdi
DYP piyadalara müraciət etdi
Yol polisi piyadalara müraciət etdi
Yol Polisindən sürücülərə xəbərdarlıq
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 