Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
ONN media xəbər verir ki, İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlərin həyata keçirildiyini deyib.
“Təəssüflə qeyd etməliyik ki, media subyektlərində, istifadəmizdə olan sosial şəbəkə hesablarında dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevrir.
Piyadaların iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.
Unutmayaq ki, ani bir diqqətsizlik sizin və ya digər yol-hərəkəti iştirakçılarının həyatı bahasına başa gələ bilər. Odur ki, yol-hərəkəti qaydalarına riayət edərək həyat və sağlamlığınızın qayğısına qalaq!”, - Mübariz Ağayev bildirib.



Yol polisi piyadalara müraciət etdi
DYP piyadalara müraciət etdi
DYP sürücülərə müraciət etdi
DYP bu şəxslərə müraciət etdi
Polis Bakıda reydlərə başladı
Yol polisindən piyadalara MÜRACİƏT
DYP sürücülərə xəbərdarlıq edib
DYP-dən yeni tədris ili ilə bağlı müraciət
Yol polisindən yeni dərs ili ilə bağlı MÜRACİƏT
Piyadaların DİQQƏTİNƏ- Nəzarət gücləndirildi
DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT
Yol polisi bu şəxslərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 