Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov və digər rəhbər şəxslər barəsində müvafiq qurumlara şikayət ünvanlayan bir qrup tibb işçisi işdən azad edilib.
ONN media xəbər verir ki, bu barədə işdən çıxarılan Mərkəzin doğum şöbəsinin tibb bacısı L.F. məhkəmədə qaldırdığı iddiasında bildirib.
Onun sözlərinə görə, 2016-cı ildən Mərkəzdə tibb bacısı kimi çalışıb, 2021-ci ildə isə doğum şöbəsinə keçirilib və 2025-ci ilin mart ayınadək həmin vəzifədə işləyib. Həmin ay pasiyentlər H.B. və S.B. doğum şöbəsinin mamaginekoloqu Nuridə Əzizovanın onlarla kobud rəftarından Səhiyyə Nazirliyinə və digər qurumlara şikayət ediblər. Hər iki qadın əməliyyatla (kesəriyyə) uşaq dünyaya gətirib.
İddialara görə, L.F. başqa həmkarları ilə birlikdə həmin pasiyentlərin palatasına daxil olaraq, onlardan şikayətlərini geri götürməyi tələb edib. Bu hadisədən sonra rəhbərlik iki tibb bacısı ilə yanaşı, L.F.-ni də işdən azad edib.
L.F. məhkəmədə bildirib ki, xəstədən iş yoldaşı barədə şikayət etməməsini xahiş etmək kobud peşə pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, bu addım sırf humanist məqsədlərlə, həmkarının cəzalanmaması üçün atılıb.
O həmçinin iddia edib ki, rəhbərliyin ona qarşı qərəzli münasibəti 2024-cü ildə Mərkəz rəhbərliyinin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayətdən qaynaqlanır. Həmin qanunsuzluqlara görə Bakı Sağlamlıq Mərkəzi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnib.
L.F. məhkəmədən işəgötürənin 18 mart 132 nömrəli əmri ilə işdən çıxarılmasının ləğv edilməsini, işinə bərpa olunmasını, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsini, əlavə olaraq 579 manat maddi zərərin və 3000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.
Məhkəmə iddianı qismən təmin edib: Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun L.F.-ni işdən çıxarmaq barədə əmri ləğv olunub. Həmçinin ona məcburi iş buraxmaya görə əmək haqqı və 578,25 manat maddi zərərin ödənilməsi barədə qərar qəbul edilib.



Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları İŞDƏN QOVULDU
Afət Fərmanqızının mahnısını oxuyan tibb bacıları işdən çıxarılıb
"Şirinliy"ə etiraz edən həkim işdən çıxarıldı
Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılır
Doğum evinin tibb bacısı 17 körpəni öldürüb - ŞOK
KTM-də doğum şöbəsi fəaliyyətini bərpa etdi
Əməliyyatxanada ad günü: baş tibb bacısı da işdən çıxarıldı
4 xəstəni öldürən tibb bacısına hökm oxundu
Azərbaycanda məşhur klinikada YENİ TƏYİNAT
İşdən çıxarılan 5 nəfərlə bağlı nazirlikdən AÇIQLAMA
Bakıda videosu yayılan tibb bacısını maşın vuraraq öldürdü
TƏBİB-ə yeni səlahiyyət verildi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 