ONN İnformasiya Agentliyi

Azərbaycanın şin istehsalçısı ləğv oluna bilər

Azərbaycanın şin istehsalçısı ləğv oluna bilər
4-09-2025, 15:09
Oktytabrın 22-də, saat 11:00-da "Azərşin"ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin fəaliyyətinin dəyərləndirilməsi, fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirə olunması, ləğvlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və səlahiyyətlərin verilməsi, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər məsələlər daxildir.
"Azərşin" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,789 milyon manatdır.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png