Ləğvetmə prosesində olan Montin Bazar ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
ONN media xəbər verir ki, yığıncaq sentyabrın 14-nə təyin olunub.
Qeyd edilib ki, yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Çünki səhmdarlar ASC-nin ləğv olunmaması məsələsini müzakirə edəcəklər.
Məlumat üçün bildirək ki, bazarın sahibləri ötən il iyunun 29-da keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və bu komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında məsələləri müzakirə etmişdilər. İyulun 9-da isə ASC ləğv olunduğunu açıqlamışdı.
Amma cari il sentyabrın 14-nə təyin olunan yığıncaqda ötən il iyunun 29-da keçirilən yığıncaqda verilmiş qərarların və onun nəticələrinin ləğv edilməsi məsələsi müzakirə olunacaq.
Eləcə də cəmiyyətin müşahidə şurası, icra orqanı yenidən formalaşdırılacaq və təftiş müfəttişi seçiləcək.
Bundan əlavə, toplantıda ötən ilin illik maliyyə balansı təsdiq ediləcək.
Qeyd edək ki, "Montin Bazar" ASC 8 oktyabr 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 194 min 682 manat olan ASC-nin qanuni təmsilçisi Emiliya Əlisa qızı Quliyevadır



Azərbaycanda daha bir şirkət ləğv olunur
Bakıdakı məşhur bazar bağlanır?
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Koronavirusa görə ləğv edilmiş seçkilər yenidən keçiriləcək - Məhkəmə QƏRAR VERDİ
Azərbaycanda məşhur universitet ləğv olundu
Təkrar seçkilər nə zaman keçiriləcək? – Açıqlama
Prezidentdən SƏRƏNCAM: Yeni Dövlət Agentliyi yaradıldı
Banklar təcili yığıncağa çağrıldı- SƏBƏB?
Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ
Azərbaycanda hərbi vəziyyət LƏĞV OLUNUR
Daha 3 məntəqənin nəticələri ləğv olundu
Muxtar Babayev yeni vəzifəyə təyin olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 