Sərfəli xidmətləri ilə tanınan "Nar" "Hüquqlarınla parla!" layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil olunub.
"Hüquqlarınla parla!" layihəsi çərçivəsində Bakı məktəblərində keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.
"Korporativ sosial məsuliyyət strategiyamızın təhsil istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan bilik və bacarıqları qazandırır", - deyə "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.
Qeyd edək ki, "Hüquqlarınla parla!" təşəbbüsü "Nar" və Regional İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı, bərabər imkanların yaradılması və inklüziv cəmiyyət istiqamətlərində davamlı sosial layihələr həyata keçirir.
Nar.az saytına daxil olaraq mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.



Dövlət qurumundan sahibkarlara ÇAĞIRIŞ
ÜST və UNICEF məktəblərlə bağlı Azərbaycana ÇAĞIRIŞ ETDİ
Gənc Politoloqlar yeni layihə reallaşdırıb
Bakıda "Uşaq festivalı" keçiriləcək
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
Vergilər Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib
BƏƏ Uşaqlar Gününü qeyd edir
“Dərsdən sonra” layihəsinə yekun vuruldu
Bakıda şagird məktəb direktoru oldu
Yol polisi məktəblərdə, bağçalarda uşaqlarla görüşür
Kəngərli körpələr evinin açılışı oldu
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 