Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil.
ONN media xəbər verir ki, elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.
Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.
Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:
“Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.
Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub:
“Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”, - deyə nazirlikdən qeyd edilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Virtual məktəb” layihəsinin icrasını daha geniş təmin etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanıb:
“Layihə şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi daşıyır”.



Bu tarixədək bütün ölkə ərazisi internetlə təmin olunacaq
Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb - Rəsmi
Nazirlik gücləndirilmiş iş rejiminə keçir
"Nar" ölkəni fasiləsiz internetlə təmin edir
VPN-nə SON: Nazir tarix açıqladı
Prezident Azərbaycanla Rusiya arasında saziş təsdiqlədi
İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
1 may ictimai nəqliyyat pulsuz olacaq
Abunəçilərə XOŞ XƏBƏR!
İnternetlə bağlı əhaliyə şad xəbər
Xocalı sakinlərinə ŞAD XƏBƏR
Azərbaycanda vahid Nəqliyyat Strategiyası hazırlanacaq
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 