Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq kağızdan istifadənin minimuma endirilməsi və ətraf mühitə mənfi təsirin azaldılmasını təşviq etməyə davam edir.
ONN media xəbər verir ki, bunu QSC son günlər bəzi KİV-də ADY-nin fəaliyyətinə dair yayılan məlumatlara münasibət bildirərkən açıqlayıb.
Bildirilib ki, 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Həmçinin Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir:
“Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında "ADY Mobile" mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb.
2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb.
Eyni zamanda, ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir.
Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.
ADY rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, hər kəsin, o cümlədən yaşlı insanların və texnologiyadan istifadə imkanları məhdud olan sərnişinlərin rahatlığını da nəzərə alır. Bu məqsədlə:
- Dəmir yolu stansiyalarında əməkdaşlarımız sərnişinlərə yerindəcə onlayn biletin alınmasında kömək göstərirlər.
- 1822 çağrı mərkəzi vasitəsilə sərnişinlərə bilet seçimi və alışında dəstək verilir”.
Qeyd olunub ki, qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir:
“Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib.
Ümumilikdə isə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir.
ADY-nin fəaliyyəti ilə bağlı məlumatlar yayarkən şirkətin mövqeyinin işıqlandırılmasını ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacib hesab edirik”.
ADY-dən yayılan məlumatlara reaksiya



Vağzal və stansiyalarda kassa fəaliyyəti dayandırılır
Artıq biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Sərnişinlərin nəzərinə!
Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı dəyişdirilir
Dəmir yolu stansiyaları ilə bağlı YENİLİK
Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb
Online bilet almaq istəyənlərin NƏZƏRİNƏ
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
Beynəlxaq sərnişin qatarlarına 30 gün əvvəl bilet almaq mümkün olacaq
Şuşa və Ağdamı ziyarət edənlərin sayı açıqlandı
Azərbaycan Dəmir Yolları gücləndirilmiş rejimə keçəcək
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 