Azərbaycan Dəmir Yolları QSC (ADY) iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.
ONN media ADY-yə istinadən xəbər verir ki, bu addım kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə atılır.
ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib.
Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqinin və ADY-nin rəsmi saytının payı artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək “ADY Mobile”ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 faiz sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.
Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.
Qeyd edək ki, Bakı və Gəncə vağzallarında yerləşən kassaları çıxmaq şərtilə, kağız bilet alışının cəmi 8 faizi rayonlarda yerləşən kassalarla həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn təşkil edilir. Həmçinin 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara kağız biletlərin satışı dayandırılıb. Bu marşrut üzrə qatarlarda gediş bank kartı, “ADY Mobile” tətbiqi və ADY kartı ilə təmassız və rahat şəkildə həyata keçirilir.
Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.
Son illər ərzində istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.
Kağız biletlərin istifadəsinin azalması həm də Azərbaycanın kağızsız əməliyyatlara, rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir



Azərbaycan Dəmir Yolları gücləndirilmiş rejimə keçəcək
Avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ
Artıq biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Sərnişinlərin nəzərinə!
Vətəndaşlar bilet azlığınnan şikayətlənir- Rəsmi açıqlama
“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir
Beynəlxaq sərnişin qatarlarına 30 gün əvvəl bilet almaq mümkün olacaq
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
Qəbələyə getmək istəyənlərə şad xəbər
Qurban bayramına görə qatarlarda YENİLİK
İldırım hakimi və futbolçuları vurdu: Bir nəfər öldü
Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
Sabah intensiv yağış yağacaq
Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
Bakı nefti bahalaşdı
Azərbaycanlılar bu ölkədən deport olundu
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
Ronaldo dünya çempionatı ilə vidalaşdı - Video
Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
Bəzi rayonlara leysan yağır
Günün qoroskopu: Baş verən hadisələri diqqətlə izləyin
Güclü külək əsəcək – Xəbərdarlıq
Güclü yağış və külək Qaxda bir sıra fəsadlara yol açıb
Müəllim olmaq istəyənlərin nəzərinə!
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? 