Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti ilə "SEAFUTURE 2025" 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün İtaliyada rəsmi səfərdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edir.
Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Azərbaycan nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.
Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir
Hərbçilərimiz İtalyada sərgidə iştirak edib



Rusiya hərbi gəmiləri Bakıya gəldi
Rusiyanın hərbi gəmiləri Bakıda - VİDEO
Pakistan nümayəndələri Hərbi Dəniz Qüvvələrində
Azərbaycanda yüksək vəzifəyə təyinat oldu
Hərbi dənizçilərimiz Qara dənizdə beynəlxalq təlimdə
Azərbaycan bu türk ölkəsi ilə birgə təlimlərə başladı
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
Rusiyanın hərbi gəmiləri Bakıya gəld
Kontr-admiral Sübhan Bəkirov Pakistana getdi
MN rəsmi məlumat yaydı
Bu ölkələr arasında hərbi təlimlər başlayır
İran və Rusiya gəmiləri Bakı limanını tərk edir
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 