Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordenindən və digər fəxri adlardan məhrumedilmə prosesinə start verilib.
ONN media xəbər verir ki, Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib.
Saytın axtarış sistemində onun adı üzrə sorğu verilərkən heç bir nəticə çıxmır.
Saytın arxiv hissəsində Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi ilə bağlı 23 oktyabr 2019-cu il tarixli sərəncam və Prezident İlham Əliyevin ordeni şəxsən təqdim etdiyi video da artıq açılmır.
Adların geri alınması ilə bağlı sərəncam verilməsə də, bu, prosesin başladığını göstərir. Rəsmi sərəncamın məhkəmədən sonra veriləcəyi gözlənilir.
R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.
Belə ki, o, 2008-ci ildə “İstiqlal" ordeni, 2013-cü ildə "Şərəf" ordeni, 2018-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə “Heydər Əliyev ordeni” ilə təltif olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub.
Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb; o, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir. Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə “keçmiş xidmətlər” bəs etmir.
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi



Prezidentdən işdən azad etdiyi Mehdiyevlə bağlı - Sərəncam
Ramiz Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilib
Prezidentdən Şeyxlə bağlı sərəncam
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
İlham Əliyev onları “Şöhrət” ordeni ilə təltif etdi
Prezidentdən Şahin Mustafayevlə bağlı - Sərəncam
Təyyar Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
Lyudmila Duxovnaya “Şöhrət” ordeni verildi
İlham Əliyev bu şəxslərlə bağlı sərəncam imzaladı
Prezidentən Maqsud Məmmədovla bağlı SƏRƏNCAM
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı
Günün qoroskopu: Münasibətlərin kəsilməsi istisna deyil
Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
Həkimdən XƏBƏRDARLIQ: Kondisionerdən səhv istifadə edilməsi ciddi xəstəliklərə səbəb ola bilər
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
İranda bu hava limanları bağlanır
Maaş və sosial ödənişlərdə artım olacaq? 