Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq.
ONN media Valyuta.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Akkord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Tiana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.
Eyni zamanda, BMV 528i 14 000 manat, BMV 740Li isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.
Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hunday Kounti" (2003-cü il, 9 700 manat) və "İsuzu Ekobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.
Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı UAZ-3741 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.
Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunur.
Bu maşınlar satışa çıxarılır- İNANILMAZ QİYMƏTƏ



Ev almaq istəyənlər MÜTLƏQ OXUYUN
Dövlət qurumları bu maşınları satır - Qiyməti...
Bu qurumlar maşınlarını satır
Azərbaycanda massonlara aid əşyalar satışa çıxarılıb
Bakıda ucuz avtomobillər satışda: 4500 manata "Hyundai Sonata" - QİYMƏTLƏR
Azərbaycanda 12 nəqliyyat vasitəsi özəlləşdirildi - SİYAHI
Sığorta şirkətinin maşınları satışa çıxarılır
Bu qurumlar maşınlarını satır
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarıldı
Maşın həvəskarlarının NƏZƏRİNƏ: 5 minə "Mersedes", 3 minə...
DİN maşınlarını hərraca çıxardı
Ölkədə siqaretin qiyməti bahalaşdı- Siyahı
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi
Sabahın havası: intensiv yağış, dolu...
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
Leyen bu tarixdə Azərbaycana gəlir
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Venesuelada ölənlərin sayı 235-ə çatdı
Neft bahalaşdı
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Günün qoroskopu: Saatlarınızı məhsuldar keçirməyə çalışın
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi 