Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda 31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si gündüzədək dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 7-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 3° şaxtadan, 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 1-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin 1-i axşamdan yanvarın 2-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-3° isti olacaq.



Bayram günləri üçün hava proqnozu
Bayram günləri ölkədə hava necə olacaq? - PROQNOZ
Sabahın havası açıqlandı
Bayram günlərində hava necə olacaq?
Sabahın havası açıqlandı
Bu gün hava necə olacaq?
İstirahət günlərinin HAVA PROQNOZU
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Sabahın havası açıqlandı
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 