Milli Məclis "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlara təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
ONN media xəbər verir ki, xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, dəyişikliyə əsasən, ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir.
Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir. Bu qanunla avtomagistral - müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.
Yeni əlavə edilən anlayışla nəqliyyat vasitəsinin sahibi onun mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün müvafiq orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış avtomobil özünə qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, avtomobilin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Həmçinin bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilən nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, avtomobilin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.
Layihə səsvermədən sonra son oxunuşda qəbul edilib.



Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Ödənişli yollarla bağlı xəbər var
Sürət həddini aşmağa görə cərimələr artırıldı
Avtomagistraldan istifadə bu hallarda ÖDƏNİŞLİ olacaq – QAYDALAR
Azərbaycanda xəstəxanalarda vahid qiymətlər olacaq - TƏSDİQLƏNDİ
Bu yolda sürət həddi 90 km/saata endirildi
DYP açıqladı- Bu maşınlarla yola çıxmayın
Əli Əsədov qərar imzaladı
Əli Əsədov yeni qərar imzaladı
Prezident təsdiqlədi: onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Sürücülərin DİQQƏTİNƏ: Əsas avtomagistrallarda sürət həddi endirildi
Bakı-Şamaxı-Yevlax yolunda sürət həddi niyə artırılmır? - SƏBƏB
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 