Xarici İşlər naziri Elmar Məmmədyarovun dekabrın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçiriləcək görüşü prinsipial xarakter daşıyacaq.
Bunu ONN media-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, həmsədrlər son zamanlar yeni ideyalar üzərində işlədiklərini və bu ideyaların danışıqlar prosesini irəli aparacağını iddia edirlər:
“Elmar Məmmədyarov görüşdə həmsədrlərin hansı yeni ideyalar hazırladığını və bu ideyaların nizamlama prosesinə nə dərəcədə uyğun gəldiyini bir növ yoxlamaq istəyir. Zənnimcə, həmsədrlər o qədər də əsaslı olmayan fikirlər, ideyalar irəli sürürlər və bu fikir və ideyalar danışıqlar prosesini irəliyə aparmaq imkanına malik deyil. Bizim üçün vacib olan odur ki, Azərbaycanın ərazi bütövlüyünə xidmət edən təkliflər irəli sürülsün. Amma həmsədrlərin təkliflərində hələ ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək dolğun fikirlər irəli sürülmür. Həmsədrlər dolayı yollarla ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə hüququnu sintez etməyə çalışırlar. Bu da Azərbaycan üçün məqbul sayıla bilməz”.
E.Məmmədyarovun həmin gün Ermənistan xarici işlər naziri ilə keçiriləcək görüşündən gözləntilərə də münasibət bildirən Q.Hüseynli qeyd edib ki, bu görüş ümumən normal atmosferdə keçsə belə, real nəticələr doğuracağını söyləmək çətindir:
“Düzdür, hər iki tərəf bundan öncəki danışıqların aktiv əhval-ruhiyyədə, qarşılıqlı anlaşma ruhunda keçdiyini qeyd etdilər. Amma mən inanmıram ki, Nalbəndyanla danışıqlarda Ermənistan danışıqlar prosesini irəlilədə biləcək təkliflərə tərəfdar çıxsın. Onlar sadəcə olaraq, danışıqların imitasiyası ilə məşğuldurlar və bu imitasiya prosesini çox ustalıqla bacarırlar. İmitasiya prosesini həm Ermənistanın xarici işlər naziri, həm də prezidenti aparır. Bu səbəbdən, zənnimcə, Elmar Məmmədyarovun həm həmsədrlərlə, həm də Nalbəndyanla keçiriləcək görüşünü hələlik səmərəli görüşlər seriyasına daxil etmək mümkün deyil”.
Qeyd edək ki, dekabrın 6-da E.Məmmədyarovun həm həmsədrlərlə, həm də Ermənistan Xarici İşlər naziri ilə görüşü keçiriləcək. E.Məmmədyarov noyabrın 30-da Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra bildirib ki, Azərbaycan bu görüşə razılıq verib.
Görüşün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.



Nazir: Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər
Elmar Məmmədyarov: "Bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır" - MÜSAHİBƏ
Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Həmsədrlər İrəvana yollandılar
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
İrəvandan QARABAĞ AÇIQLAMASI: Razılıq əldə etdik
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Həmsədrlərin regiona səfər tarixi bəlli oldu
Azərbaycan həmsədrlərin səfərinə qadağa qoya bilərmi? - XİN
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Nazirlərin görüşü TƏSDİQLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 