Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Bakıda Şimali Kipr Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.
Tərəflər Azərbaycan ilə Şimali Kipr arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.



Rusiya Şimali Kipri tanısa... - Türk professordan ŞOK
Nəticə nə olursa olsun, bu ölkənin yanındayıq - Çavuşoğlu
Şimali Kiprin bayrağı bizim tədbirdə dalğalanacaq!
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Yunanlara böyük XƏBƏRDARLIQ
Fərid Şahbazlı Şimali Kipr televiziyalarında Azərbaycandan danışdı
Ərsin Tatar Qəbələyə gəldi
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
İlham Əliyev Afrim Qaşini qəbul etdi
Ersin Tatar İlham Əliyevə ZƏNG ETDİ
İlham Əliyev və Ərsin Tatar görüşdü
Əli Əsədov Özkaya ilə görüşdü
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Ronaldo ABŞ-dadır
76 yaşlı kişi yıxılaraq ölüb
Kondisioner xəstə edir? - Yayda düzgün istifadə qaydaları açıqlanır
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı
"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
Sabah hava necə olacaq?
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
İsti havalarda nə qədər su içməliyik?
DÇ-2026: Daha 4 mühüm oyun, Türkiyə də var
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var? 