2025–2026-cı tədris ilinin başa çatması münasibətilə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
ONN media xəbər verir ki, iyunun 13-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbində, Ağdam rayonunun Xıdırlı və Kəngərli kənd tam orta məktəblərində, həmçinin Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
Bildirilib ki, Ağdam şəhərində, eləcə də Xıdırlı və Kəngərli kəndlərində məskunlaşmadan sonra ilk dəfə “Son zəng” tədbirləri keçirilib.
Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıblar.
Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları da iştirak edərək məzunlara xoş arzularını çatdırıblar.
Tədbirlər bədii proqramlar və məzunların çıxışları ilə davam edib.



Xankəndidə ilk dəfə imtahan keçiriləcək
Növbəti köç karvanı Həsənriz və Xıdırlı kəndlərinə çatdı
Xıdırlı kəndinə növbəti köç yola salındı
Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı
Nazir şagirdlərin məzun lentini imzaladı
İlham Əliyev Ağdamda səfərdədir
Füzuli, Şuşa və Laçında il sonuna qədər neçə məktəb açılacaq?
32 il öncə yarım qalan "Son Zəng " çalındı
Ağdam rayonunun təhsil statistikası açıqlandı
Qarabağdakı ilk məktəblərin ilk məzunları - Neçə nəfər TƏLƏBƏ OLDU...
Əmrullayev bu şəhərdə "Son zəng" mərasiminə qatıldı
Bu gün məktəblərdə "Son zəng" çalınır
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
İstidə avtomobildə qoyulmamalı 10 ƏŞYA - Təhlükə ciddidir
Ronaldo ABŞ-dadır
76 yaşlı kişi yıxılaraq ölüb
Kondisioner xəstə edir? - Yayda düzgün istifadə qaydaları açıqlanır
"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı reaksiya
Sabah hava necə olacaq?
Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
İsti havalarda nə qədər su içməliyik?
DÇ-2026: Daha 4 mühüm oyun, Türkiyə də var
Əli Əsədov yeni qərar imzaladı
Azərbaycanda güclü zəlzələ: Dağıntı var? 