Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:
"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.
Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır
Hava ilə bağlı nazirlikdən xəbərdarlıq



Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
26 iyul Şəfiqə Axundovanın vəfat etdiyi gündür
"AZAL" NAXÇIVANIN TƏCRÜBƏSİNDƏN NİYƏ İSTİFADƏ ETMİR?- CAVİD İSMAYIL YAZIR
Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
FHN hava ilə bağlı müraciət etdi
Biz haqqın yanındayıq! - Cavid İSMAYIL yazır
VƏTƏN UĞRUNDA BİR OLMAĞI BACARDIQ!-Cavid İSMAYIL yazır
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
FHN hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Bakıda iki avtobus toqquşdu- Xəsarət alan var
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı 