Nazirlər Kabineti 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Enerji menecment sisteminə dair Tələblər"də və 18 aprel 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları"nda dəyişiklik edib.
ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra bəzi təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyi ilə yanaşı enerji effektivliyi informasiya sisteminə (EEİS) də təqdim edəcək. Bundan başqa, təsərrüfat subyektində tətbiq olunan enerji menecment sisteminin və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Energetika Nazirliyi ilə yanaşı EEİS-ə də təqdim olunacaq.
Eyni zamanda, bundan sonra effektivlik potensialının qiymətləndirilməsi EEİS vasitəsilə həyata keçiriləcək. Təsərrüfat subyektləri müvafiq hesabatları yazılı və ya elektron qaydada EEİS vasitəsilə nazirliyə təqdim edəcək. Qiymətləndirmənin nəticələri 5 iş günü müddətində həmin təsərrüfat subyektinin EEİS-dəki elektron kabinetində yerləşdiriləcək
Əli Əsədov qərar imzaladı



SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezident bu şəxsləri əfv etdi
Prezident əfv sərəncamı imzaladı- Kimlərə şamil olundu?
Milli energetika sistemimiz yeni inkişaf mərhələsində
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident 3 fərman, 1 sərəncam imzaladı
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Sabahın havası açıqlandı
Hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Bakıda iki avtobus toqquşdu- Xəsarət alan var
Şamaxıda zəlzələ oldu
Bakı nefti kəskin bahalaşdı
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq 