Energetika Nazirliyinin mətbuat xidmətindən Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycan üzrə cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Həmin məlumatlara əsasən, cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 755,7 min barrelini xam neft, 30 min barrelini kondensat təşkil edib. Gündəlik 623,6 min barrel xam neft, 30 min barrel kondensat, 21,7 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında isə 794 min barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.



Fevral ayında gündəlik neft hasilatı nə qədər olub?
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Energetika Nazirliyi neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Azərbaycanda may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
OPEC fevral ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırılıb
Nazirlik avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Azərbaycan OPEC qarşısında öhdəliyini yerinə yetirib
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
İyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlandı
Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 